Qorxunc etiraf: Fransada terror təhlükəsi yüksəkdir

24.05.2017 16:44     Dünyadan reaksiya     1354

Ölkədə fövqəladə vəziyyətin müddəti uzadılıb

Reaksiya.az Fransada terror aktlarının törədilməsi riski yüksək səviyyədədir.RİA Novosti”yə istinadən xəbər verir ki, bu açıqlama Fransanın baş naziri Eduar Filippdən gəlib.

Mançesterdə baş vermiş terror hadisəsinə həsr olunmuş Fransa Nazirlər Kabinetinin iclasından sonra o qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün sərhəddə nəzarət gücləndirilməlidir.

Daha öncə isə Fransada elan olunmuş fövqəladə vəziyyətin müddətinin noyabrın 1-ə qədər uzadılması barədə fikirlər səsləndirilib.

Reaksiya.az

Şərhlər