Britaniya bombaların üzərinə mesaj yazdı

26.05.2017 13:12     Dünyadan reaksiya     1309

Britaniya Hərbi Hava Qüvvələri İŞİD-i vurmaq üçün hazır vəziyyətə gətirilən bombaların üzərinə mesaj yazıb.

“Teleqraf” qəzetinin Tvitter səhifəsində paylaşılan fotoda bombanın üzərinə “Mançesterdən sevgilərlə” yazıldığı görünür.

Fotonun nə vaxt çəkildiyi və bombanın İŞİD-ə qarşı istifadə olunub-olunmaması məlum olmasa da, CNN-ə danışan Hava Qüvvələri sözçüsü fotonun real olduğunu açıqlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Mançester şəhərində amerikalı müğənni Arian Qrandenin konserti zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

İŞİD teraktın məsuliyyətini öz üzərinə götürüb.

Reaksiya.az

Şərhlər