Türkiyə DİN-də anti-FETÖ əməliyyatı keçirilib, 42 nəfər həbs edilib

13.06.2017 11:48     Dünyadan reaksiya     1279

Türkiyə Daxili İşlər Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 42 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Ankara prokurorluğu məlumat yayıb.

Barələrində həbs qətimkan tədbiri seçilənlərin hamısı “ByLock” proqramı istifadəçiləridir.

Bu əlaqə proqarmından FETÖ-çular bir-biri ilə əlaqə saxlamaq üçün istifadə edirmiş. 

Reaksiya.az

Şərhlər