İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017 13:01     Dünyadan reaksiya     1329

 İsrail xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının noutbuklarda quraşdırılan bomba hazırladığını öyrənib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələrdə terror hücumları üçün nəzərdə tutulmuş cihaz portativ kompüterlərin batareyası kimi görünür və aeroportlarda rentgen aparatları tərəfindən aşkarlanmır.

Terrorçuların yeni kəşfi haqqında məlumatı İsrail xüsusi xidmət orqanları İŞİD-in kompüter şəbəkəsini qırdıqdan sonra əldə edib. Məlumatda bunun bir neçə ay əvvəl baş verdiyi və elə bu səbəbdən də ABŞ-ın 2017-ci ilin mart ayında Türkiyə, Yaxın Şərq və Şimali Afrikanın bəzi hava limanlarından uçuşlarda əl yükündə böyük elektronika mallarının keçirilməsinə qadağa qoyduğu göstərilib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar