Avstraliyada silahlı şəxs bir qadını və dörd uşağı girov götürüb

16.06.2017 13:13     Dünyadan reaksiya     1476

Avstraliyanın Melburn şəhəri ətrafındakı Eppinq yaşayış məntəqəsində silahlı şəxs bir qadını və dörd uşağı girov götürüb.

Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, Australian nəşrinin yaydığı məlumata görə, polis artıq hadisə yerindədir. Qadını və uşaqları girov götürən kişinin tapança ilə silahlandığı ehtimal edilir.

“Biz həmin kişi ilə danışığa başlamağa cəhd göstərdik, amma o, evə qayıtdı” – qəzet polis nümayəndəsinin bu sözlərini sitat gətirib. O, həmçinin deyib ki, girovların kimlər olduğunu təsdiqləmək hələlik mümkün deyil.

İnsidentin baş verdiyi rayondan sakinlərin təhlükəsizlik məqsədilə evakuasiya olunduqları bildirilir.

Reaksiya.az

Şərhlər