ABŞ-Rusiya gərginliyi artır

21.06.2017 13:31     Dünyadan reaksiya     1303

Suriyada gərginliyin azalmasına ümid edirəm, çünki münaqişələrdə bu cür hadisələr çox təhlükəli nəticələr doğura bilər.

“Yeni Şəfəq” xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş Rusiya və ABŞ münasibətləri ilə bağlı açıqlamasında deyib.

“Qətər böhranının həlli yolları tapılmalıdır. Aidiyyəti qurumların qarşı-qarşıya gəlməsinin gərəksiz olduğunu bildirmək istəyirəm. Gərginliyin artmasına ehtiyac yoxdur”, - Quterreş bildirib.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.

Reaksiya.az

Şərhlər