ABŞ-dan Türkiyənin S-400 almasına reaksiya

15.07.2017 13:35     Dünyadan reaksiya     1269

Türkiyənin alacağı S-400 zenit raket sistemlərinin NATO texnikası ilə uyğunluğu sual altındadır.

Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib. Mettisin sözlərinə görə, yalnız alınan zenit raket sistemlərinin Türkiyəyə çatdırılmasından sonra nəticələri görmək mümkün olacaq.

“Problem bundadır ki, Rusiya istehsalı S-400-lər NATO texnikaları ilə birlikdə fəaliyyət göstərə biləcəkmi? Onlar heç vaxt bir-birinə uyğun gəlməyəcək. Türkiyə həqiqətən də bu sistemləri yalnız müəyyən edilmiş zonada tətbiq edəcək?”, - deyə Pentaqon lideri sual edib.

Xatırladaq ki, iyul ayının 13-də yayılan informasiyaya görə, Türkiyə Rusiyadan 4 ədəd S-400 raketləri almaq üçün 2.5 milyard dollar ödəyəcək.


Reaksiya.az

Şərhlər