BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı keçirəcək

23.07.2017 12:15     Dünyadan reaksiya     1527

BMT Təhlükəsizlik Şurasının Qüdsdəki vəziyyətlə bağlı təcili iclası çağırılıb.

Reaksiya.az "Report"a istinadən bildirir ki, iclas sabah-bazar ertəsi baş tutacaq.

Bundan əvvəl İsveçin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirmişdi ki, Misir, İsveç və Fransa nümayəndələri Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar iclasın keçirilməsini təklif ediblər.

Hazırda Qüdsdə vəziyyət gərgindir. Orada üç fələstinli həlak olub, onlarla insan yaralanıb. Hər şey İsrail hökumətinin təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra baş verib. Yerli müsəlmanlar İslam dünyasının öz əhəmiyyətinə görə üçüncü müqəddəs yerinə metal axtaran qurğular qoyulmasına qəzəbləniblər.

Xatırladaq ki, ötən həftə iki İsrail polisinin fələstinlilər tərəfindən qətlə yetirilməsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar