İsrail qərarını dəyişmədi: Ləğv etmirəm

23.07.2017 15:16     Dünyadan reaksiya     1482

İsrail hökuməti Qüdsdə Əl-Əqsa məscidində tətbiq edilən yeni təhlükəsizlik qaydalarını ləğv etməyəcək.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün İsrail Baş naziri Benyamin Netenyahu bəyan edib.

B. Netenyahu güc strukturlarının rəhbərləri ilə iclasdan sonra bildirib ki, təhlükəsizlik qaydaları dəyişməz qalacaq.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Əqsa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Reaksiya.az

Şərhlər