Terror təşkilatı daxilində RÜŞVƏT QALMAQALI

24.07.2017 12:40     Dünyadan reaksiya     1280

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin spikeri Redur Xəlilin İŞİD terror təşkilatından rüşvət alması faktı ortaya çıxıb.

Reaksiya.az publika.az-a istinadən  xəbər verir ki, faktın ortaya çıxarılmasından dərhal sonra PYD Qəndil şəhərindən terrorçu qrup göndərərək R.Xəlili həbs edib.

Təşkilatın spikeri, eyni zamanda Haseki bölgəsində kəşfiyyat lideri olan Redur Xəlil adlı terrorçu təşkilat içindəki nüfuzundan istifadə edərək rüşvət almaqda, sui-istifadə və qaçaqçılıqda da günahlandırılır. Terrorçunun PKK-ya aid pulları da mənimsədiyi ortaya çıxıb. Xəlil həmçinin, insan, mal və silah qaçaqçılığı sahəsini monopoliyasına alıb və bu yolla gündə on minlərlə dollar pul qazanıb.

R.Xəlilə qarşı qaldırılan ən ağır iddia isə İŞİD-dən rüşvət almasıdır. Belə ki, o, İŞİD bölgələrinə çatdırılacaq silah və qida məhsullarının PKK nöqtələrindən keçirilməsi qarşılığında rüşvət alıb.

Terrorçunun bu hərəkətləri təşkilat içində çaxnaşma və təlaş yaradıb. Təşkilat daxilində İran və Türkiyə milliyətli üzvlərinin hakimiyyətləri möhkəmlənib.

Çox sayda terrorçu təcrübəsizlərə dərs keçmək üçün Kandil şəhərindən Suriyaya göndərilib.

Reaksiya.az

Şərhlər