Rusiya hərbi polisi Suriyaya yerləşdirildi

06.08.2017 12:44     Dünyadan reaksiya     1471

Rusiya hərbi polisi bölgədə atəşkəsi təmin etmək və cihadçı hücumlarının qarşısını almaq məqsədi ilə Şama (Dəməşqə) yerləşdirilib.

Bu barədə Rusiya komandiri Aleksey Polatinski məlumat verib.

“Terroristlərə qarşı mübarizə üçün burdayıq. Qarşı tərəfin hücumlarını dəf etmək üçün qüvvələrimizi bir araya toplayırıq” – o bildirib.

Xatırladaq ki, bir müddət öncə Türkiyə, İran və Rusiya arasında imzalanan təhlükəsiz bölgələr razılaşmasından sonra Suriyanın qərbində təhlükəsizliyi hərbi polisin təmin etməsi qərara alınmışdı.

Həmçinin məlumatda qeyd olunurdu ki, bundan sonra sözügedən ərazilərdə nizami ordular yerləşdirilməyəcək.

Reaksiya.az

Şərhlər