İngiltərənin AB-dən çıxacağı tarix açıqlandı

13.08.2017 17:16     Dünyadan reaksiya     1434

Böyük Britaniya Avropa Birliyindən (AB) 2019-cu ilin martında çıxacaq. Həmin vaxt Birləşmiş Krallıq, həmçinin AB-nin ümumi bazarını və Gömrük İttifaqını tərk edəcək.

Bu barədə Britaniyanın Maliyyə naziri Filip Hammondun və Xarici Ticarət naziri Liam Foksun “Teleqraf” qəzetində dərc olunmuş birgə məqaləsində məlumat verilir.

Nazirlər məqalədə bildirirlər ki, Britaniyanın AB-dən çıxması üçün keçid dövrü lazımdır. Bu keçid müddətində “Breksit”lə bağlı planlara yenidən baxılmayacaq. Bundan başqa, Britaniya AB müqavilələrində tərəf hesab olunmayacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar