Bomba həyəcanı: 70 min insan təxliyə edildi

04.09.2017 12:29     Dünyadan reaksiya     1601

Almaniyanın Frankfurt şəhərində II Dünya Müharibəsindən qalmış böyük bir bomba tapılıb.

Reaksiya.az publika.az-a istinadən xəbər verir ki, bombanın zərərsizləşdirilməsi üçün yerləşdiyi bölgədəki 70 000 sakin təcili təxliyə edilib.

Təhlükəsizlik qüvvələri şəhərdə güvənlik tədbirlərini artırıb. Küçə və prospektlər tamamilə boşaldılıb. Bölgədəki 2 böyük xəstəxana, 2 qocalar evi də təxliyə edilib və 1 bankda yerləşən 1,7 ton qızıl təhlükəsiz yerə daşınıb.

Bombanın zərərsiz hala gətirilmə prosesi 12 saat çəkəcək.

Reaksiya.az

Şərhlər