Sarkisyan Putinin təlimatlarından çıxmır

04.09.2017 12:57     Dünyadan reaksiya     1458

“Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən imtina etməsi, Soçidə Putinin Sarkisyana verdiyi təlimatının nəticəsidir”.

Politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Soçidə Putinlə görüşdə Sarkisyan gələn il Ermənistanda hakimiyyət strukturlarında dəyişikliklər əsasında Baş nazir kürsüsünə oturmaq üçün Kremlin dəstəyinə ehtiyac duyur: “Bu görüşdə, erməni prezident bir daha Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedərək, gələn il üçün öz siyasi hakimiyyətini saxlamaq üçün zəmanət alıb. Qeyd edim ki, payızda Avropa İttifaqı ilə Ermənistan arasında gözlənilən memarandum təxirə salına bilər. Çünki, Rusiya Ermənistana Qərblə sıx siyasi-iqtisadi əlaqələr qurmağa imkan verməz”. 

Politoloqun sözlərinə görə, hazırda Sarkisyana təzyiq etmək üçün Rusiyanın əsas adamı baş nazir Karen Karapetyandır: “Həmçinin Ermənistanın Baş naziri Karen Karapetyan Moskvaya bağlı biri olaraq, Sarkisyanın iradəsindən kənardadı. Sarkisyan üçün əsas rəqib olaraq forsmajor situasiyada Moskva onu irəli çəkə bilər. Hazırda, məhz Sarkisyan Karen neytrallaşdırmaq üçün təbii ki, Putinin təlimatlarından çıxmayacaq. Ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş Katibi Yuri Xaçaturovun Yerevana gələrək, Sarkisyanla görüşündə Ermənistanın NATO-nun bu kimi təlimlərində iştirakının arzuolunmaz olduğunu bildirib. Xüsusilə Putin və Sarkisyanın Soçi görüşü və KTMT Baş katibinin Yerevan səfəri, Ermənistanın Qərb yönümlü siyasət oyununa son qoydu”. (cəbhə.info)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar