Meksikada dəhşətli zəlzələ: Ölkə 61 dəfə silkələndi

08.09.2017 17:51     Dünyadan reaksiya     1336

Meksika sahilllərində saat 08:49-da 8 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, okeanda olub. 33 km dərinlikdə olan zəlzələ ocağının yaratdığı təkanlar hətta paytaxt Mexikoda hiss olunub. İnsanlar yaşayış binalarından təcili şəkildə təxliyə edilib.

Zəlzələ nəticəsində Meksikada 6, Qvatemalada isə 1 nəfər həlak olub.

Çyapas ştatının qubernatoru Manuel Velaskes Milenio TV-yə açıqlamasında deyib ki, onun rəhbəri olduğu ştatda 3 nəfər ölüb. “Universal” nəşri Oahaka ştatında 1 qadının həlak olduğunu yazıb. Tabasko ştatının qubernatoru Artur Nunyes “Excelsior” nəşrinə verdiyi açıqlamasında 2 uşağın öldüyünü deyib.

Qvatemalanın Takan şəhərində də 1 nəfərin öldüyü haqda məlumat yayılıb.

Meksika Milli Seysmologiya Xidməti zəlzələdən sonra ölkə sahillərində bəzən 8-8.4 bala çatan 61 yeraltı təkanın baş verdiyini bildirib

Zəlzələnin ardınca dərhal sunami xəbərdarlığı edilib. Sunaminin Meksika, Qvatemala, Salvador, Kosta-Rika, Nikaraqua, Panama, Ekvador və Honduras sahillərini əhatə edəcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər