Fransa Əsədlə bağlı mövqeyini açıqladı

08.09.2017 17:58     Dünyadan reaksiya     1464

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi ölkədə keçid prosesinin başlanğıcı üçün şərt olmamalıdır.

Bunu Fransanın Xarici İşlər Nazirliyinin başçısı xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Fransa Əsədin siyasi prosesin icra edilməsi üçün qəbuledilməz ilkin şərt olduğunu hesab etmir. Amma hazırda belə siyasi prosesi yaratmaq lazımdır. Bu, bizə Suriya xalqı ilə konsultasiyaların keçirilməsi üçün çərçivələri müəyyən etməyə imkan verəcək. Buna görə də istəyərdik ki, yaxın vaxtlarda keçid prosesinin təşkili üçün BMT Təhlükəsizlik Şurasının beşliyi məşğul olsun”, -Fransanın Xarici İşlər Nazirliyinin başçısı bildirib.

O, Suriyanın ərazi bütövlüyünün saxlanılmasının vacib olduğunu dilə gətirib.

Reaksiya.az

Şərhlər