ABŞ Senatı 700 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib

19.09.2017 08:42     Dünyadan reaksiya     1509

ABŞ Senatı milli müdafiə xərclərinə dair 700 milyard dollarlıq büdcə layihəsini səs çoxluğu ilə qəbul edib.

Bu barədə “Associated Press” agentliyi məlumat verib.

Müvafiq qanun layihəsinin lehinə 89, əleyhinə isə 8 senator səs verib.

Qanun layihəsi Cənubi Koreyanın hərəkatlarına cavab olaraq, raket əleyhinə müdafiə sisteminin genişlənməsini nəzərdə tutur.

Qeyd edək ki, yeni maliyyə ili ABŞ-da oktyabrın 1-də başlayır. 

Karabakh Today

Şərhlər