İspaniya Şimali Koreya səfirini “persona non-qrata” elan edib

19.09.2017 09:31     Dünyadan reaksiya     1255

İspaniya Şimali Koreya səfirini “persona non-qrata” elan edib.

APA-nın xəbərinə görə, bu barədə İspaniya XİN-in yaydığı açıqlamada bildirilir.

İspaniya hökuməti səfiri beş gün ərzində ölkəni tərk etmək etməyi tələb edib.

XİN-in bəyanatında bildirilir ki, qərara rəsmi Pxenyanın yürütdüyü siyasət səbəb olub.

Ötən gün Küveyt Şimali Koreya səfirindən ölkəni tərk etməsini tələb edib.

Sentyabrın 15-də Şimali Koreya növbəti raket sınağı keçirib. Sentyabrın 13-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

Reaksiya.az

Şərhlər