Tillerson: “Tramp İranla bağlı qərarını gizli saxlayır”

21.09.2017 08:23     Dünyadan reaksiya     1238

Donald Tramp ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxıb-çıxmamasına dair qərarını hələ ki, gizli saxlayır.

 

Bunu ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

 

“Prezident qərar verib, amma hələ ki, bu barədə heç kimi məlumatlandırmayıb. Böyük Britaniyanın baş naziri Tereza Mey Trampı qərarını açıqlamağa çağırsa da, prezident imtina edib”, deyə R.Tillerson vurğulayıb.

 

İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   

 

Reaksiya.az
 
 
 
 

 

Şərhlər