Ərdoğan sentyabrın 28-də Putin ilə görüşəcək

21.09.2017 08:38     Dünyadan reaksiya     1221

Sentyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

Bunu Türkiyə prezidenti Nyu-Yorkda işgüzar forumuda çıxış edərkən bildirib.

Ərdoğan bildirib: "Bazar ertəsi biz, hörmətli cənab Putinlə telefon danışığı aparacağıq. Gələn cümə axşamı (28 sentyabr) birgə şam edəcəyik. Bütün məsələləri, Suriyadakı vəziyyəti müzakirə edəcəyik".

Reaksiya.az

Şərhlər