Ermənilərin hərbi hissəsində partlayış baş verib

28.09.2017 10:41     Dünyadan reaksiya     1409

Reaksiya.az “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, Nubaraşendə yerləşən hərbi hissənin silah anbarında partlayış baş verib.

"Jogovurd" qəzetinin verdiyi məlumatına görə, bir neçə gün əvvəl Nubaraşen ərazisindəki hərbi hissədə partlayış baş verib. Partlayışın hərbi hissənin silah anbarında baş verdiyi bildirilir. 
 
Həlak olan və zərər çəkənlər haqqında isə heç bir məlumat yoxdur.
 
Hadisənin nə üçün və hansı sistemdə baş verdiyi bilinmir, doğrudanmı bilərəkdən baş verib?
 
Partalyışın baş vermə səbəbləri barədə  açıqlama verilməsi üçün  qəzet nümayəndələri  Ermənistan müdafiə  nazirliyinə müraciət edib.  Cavabında isə Ermənistan MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, yangın baş verib. “Heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Ayrıntılar araşdırılır, xidməti araşdırma aparılır.”- deyə Ovanisyan bildirib.
 
Zaur Qəriboğlu

Şərhlər