Prezident seçkilərində sürpriz namizəd

19.10.2017 08:32     Dünyadan reaksiya     1514

Rusiyanın məşhur teleaparıcısı Kseniya Sobçak 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Rusiyanın məşhur teleaparıcısı Kseniya Sobçak 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Sobçak "Mənim adım Kseniya Sobçakdır. Mən Rusiya prezidentliyi postuna namizədliyimi irəli sürürəm" — deyə öz rəsmi saytında bildirib. 

"Sobçak hər kəsə" qarşı adlanan saytın ilk səhifəsi ziyarətçiləri K.Sobçakın şəkli və "Mən namizədəm — "hamıya qarşı" şüarı ilə qarşılayır.

Eyni zamanda "Vedomosti" qəzeti Sobçakın açıq məktubunu dərc edib.

"Mən "hamıya qarşı" namizədəm" – deyə 5 noyabrda 36 yaşını qeyd edəcək teleaparıcı öz mövqeyini ortaya qoyub. 


O, özünün videomüraciətində seçiciləri bir çoxlarının boykot təkliflərinə baxmayaraq, seçkiyə gəlib ona səs verməyə çağırıb.

"Əgər siz gəlməsəz, onda belə çıxır ki, sizin üçün fərqi yoxdur? Necə başa düşmək olar ki, siz məhz əleyhinəsiz? Necə etmək olar ki, sizin səsiniz eşidilsin?" – deyə o, bildirib.

Bir müddət əvvəl KİV Sobçakın namizədliyini irəli sürə biləcəyini yazmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı şərh edərkən deyib: "Kseniya tamamilə bizim Konstitusiyanın şərtlərinə uyğun gəlir və prezident postu uğrunda yarışa bilər.

Peskov həmçinin qeyd edib ki, Sobçakın siyasi mövqeyi hələlik bəlli deyil və o, sıfırdan siyasi təcrübə toplamalıdır.

"Siyasət jurnalistikadan tamamilə fərqlənir, bu tamamilə başqa sahədir" – deyə Peskov "Dojd" kanalına bildirib.

Rusiyada prezident seçkiləri 18 mart 2018-ci ildə keçiriləcək.

 

Şərhlər

Çox oxunanlar