Qahirədə terrorçularla qarşıdurma zamanı 54 xüsusi təyinatlı ölüb

21.10.2017 12:54     Dünyadan reaksiya     1568

Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində  ölən polislərin sayı 54-ə çatıb.

Qeyd olunur ki, onlardan 20-si zabitdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları  Qahirədən 135 km aralıqda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat aparıb.

Terrorçuların  ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.

Reaksiya.az

Şərhlər