ABŞ-ın qorxduğu başına gəlir - Pxenyan havadan hücuma keçir

26.10.2017 14:06     Dünyadan reaksiya     1407

Şimali Koreya diplomatları Sakit okean üzərində nüvə sınaqları həyata keçirəcəklərini elan edib. Şimali Koreya bu sınaqlarla ABŞ-ı vurmaq potensialını nümayiş etdirmək istəyir.

Keçən ay bir hidrogen bombasının ən güclü partlayışını gerçəkləşdirəcəklərini bildirən Şimali Koreyanın xarici işlər naziri Ri Çen Honun iddiası isə hələ də dəstəklənməkdədir. Nazirliyin ali səviyyəli bürokratlarından olan Ri Çen Pil xarici işlər nazirinin nə etmək lazım olduğunu çox yaxşı bildiyini deyib.

Keçən həftə açıqlama verən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo isə Şimali Koreyanın ABŞ-ı vurmaq potensialına sahib olmaq üçün bir neçə aya ehtiyacı olduğunu demişdi.

Qeyd edək ki, Şimali Koreynın nüvə sınaqları bu günə qədər yerin altından aparılırdı. Mütəxəssislər atmosfer qatında sınaq keçirməyin sadəcə nümayiş məqsədli olduğunu düşünür. Publika.az

Reaksiya.az

Şərhlər