Odessada hərbi baza “ələ keçirildi”

30.10.2017 13:35     Dünyadan reaksiya     1518

Odessada 40 nəfər naməlum şəxsin Ukrayna ordusuna məxsus bazanın bir hissəsini ələ keçirməsini əks etdirən video yayımlanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Roman Yurçilo Odessada hərbi hava qüvvələrinə məxsus bazaya 40 nəfər naməlum şəxsin hücum etdiyini açıqlayıb.

Odessa polisi 40 naməlum şəxsin hərbi hissəyə hücumu barədə Ukrayna ordusunun məlumatlarını təkzib edib. Polisin sözlərinə görə, hərbi baza ərazisində həqiqətən insan sıxlığı müşahidə olunub, lakin onlar tamamilə qanuni şəkildə bazada tikinti işləri ilə məşğul olan şəxslərdir.

Reaksiya.az

Şərhlər