Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

02.11.2017 11:25     Dünyadan reaksiya     1326

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Bunu  türkliyəli jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildirib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyə ciddi təşəbbüslə çıxış edəcək:

“Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək".

Dövlət başçısı bildirib ki, Türkiyə 2018-ci ildə Qafqaz İslam Ordusunun qurulmasının 100 illiyini Azərbaycanla bir yerdə qeyd edəcək.

Reaksiya.az

Şərhlər