NATO hərbi gəmiləri Qafqaza gəldi

03.11.2017 15:19     Dünyadan reaksiya     1713

Rumıniyanın “Regele Ferdinand” və NATO-nun Türkiyə bayrağı altında üzən hərbi gəmisi Batumiyə gəlib.

Bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirlik yaxın zamanlarda daha iki NATO gəmisinin Batumiyə gələcəyini bildirib.

Gürcüstana gələn hərbçilərə NATO-nun birləşmiş dəniz qüvvələrinin vitse-admiralı Ervi Brejon rəhbərlik edir.

Qeyd edək ki, hərbi gəmilərin Batumidə noyabrın 6-na qədər qalması gözlənilir. Gəmilərin Gürcüstana gəlmə səbəbi açıqlanmayıb.

Reaksiya.az

Şərhlər