9 ayda 12 min nəfər Ermənistandan qaçıb

06.11.2017 12:19     Dünyadan reaksiya     1544

Bu ilin 9 ayı ərzində Ermənistandan 12 min adam təyyarə ilə ölkəni tərk edib və geri qayıtmayıb.

Bu barədə Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin açıqladığı rəsmi statistikada gostərilib. Bildirilib ki, bu rəqəmlər təkcə Zvartnots və Şirak hava limanlarında qeyd olunub.

Mühacirlərin çoxu Rusiyaya avtobusla getməyə üstünlük verir. Çünki avtobus biletinin qiyməti ucuzdur və baqaj pulsuzdur.

Reaksiya.az

Şərhlər