Kabildə silahlı şəxslər yerli televiziyanın ofisinə hücum ediblər

07.11.2017 12:03     Dünyadan reaksiya     1423

Əfqanıstanın paytaxtı Kabil şəhərində silahlı şəxslər “Shamshad” televiziyasının ofisinə hücum ediblər.

Yerli 1TV telekanalının yaydığı məlumata görə, bu gün səhər saatlarında Kabildə partlayış, ardından isə atəş səsləri eşidilib. Hücuma məruz qalmış televiziya stansiyasının əməkdaşı binaya 3 silahlı şəxsin girdiyini, insident nəticəsində bir neçə həmkarının öldüyünü və ya yaralandığını bildirib.

Təhlükəsizlik xidmətində olan mənbənin məlumatına görə isə partlayışı terrorçu-kamikadze törədib. Bundan sonra televiziyanın binasına polis geyimində iki nəfər daxil olaraq atəş açmağa başlayıb .

Hazırda “Shamshad” telekanalının yayımı dayandırılıb.

Reaksiya.az

Şərhlər