Yunanıstanda 45 mühaciri daşıyan gəmi itib

23.11.2017 11:51     Dünyadan reaksiya     1368

Yunanıstanın Sahil Mühafizə Xidməti Pilos yaxınlığında itmiş gəminin axtarışlarına başlayıb. Trend-in məlumatına görə, ölkə Fövqəladə Xidməti gəmidə 45 mühacirin olması barədə xəbər yayıb.

Yerli KİV-in verdiyi məlumata görə, gəmidəki mühacirlərdən biri telefonla ölkənin "112" fövqəladə xidməti ilə əlaqə saxlayaraq gəminin mühərrikinin sıradan çıxması barədə məlumat verib və kömək istəyib.

Hazırda gəminin axtarışlarına Sahil Mühafizə Xidməti ilə yanaşı, hərbi aviasiya da qoşulub.

Reaksiya.az

Şərhlər