Türkiyədə komendant saatı tətbiq edildi

23.11.2017 21:30     Dünyadan reaksiya     1572

Türkiyədə komendant saatı tətbiq edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, komendant saatı  ölkənin cənub-şərqində Diyarbəkir vilayətinin Silvan rayonunda tətbiq edilib.

Məlumata görə, komendant saatı vilayətdə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları çərçivəsində tətbiq edilib.

Məlumata görə, əməliyyat çərçivəsində həmçinin bəzi ünvanlarda axtarışlar aparılacaq.

Qeyd olunur ki, komendant saatı tətbiq edildiyi müddətdə axşam saatlarında küçəyə çıxmaq qadağandır. Komendant saatının nə vaxtadək davam edəcəyi barədə isə məlumat verilməyib.

Reaksiya.az

Şərhlər