17 yaşlı qız iki məktəbi partlatmaq istəyib

28.11.2017 12:28     Dünyadan reaksiya     2065

Danimarkada yaşayan 17 yaşlı qız İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilir və 2 məktəbə terror hücumu planı qurduğuna görə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yayımlanan qərarda qızın hələ 15 yaşı olarkən 2 Yəhudi məktəbinə hücum hazırlığı gördüyü bildirilir. Ötən ilin yanvar ayında tutulan yeniyetmənin evindən bomba hazırlamaq üçün lazım olan maddələr tapılmışdı. Ona əvvəlcə 6 il həbs cəzası verilsə də, sonradan bu müddət 8 ilə qaldırılıb.

Reaksiya.az

Şərhlər