Türkiyə çevrilişTürkiyə çevriliş cəhdinin arxasında ABŞ-ın dayandığını rəsmən bəyan etdi

28.11.2017 13:04     Dünyadan reaksiya     1237

Binəli Yıldırım: "Heç kəsi günahsız yerə, sübut olmadan həbs eləmirik"

Türkiyənin baş naziri Binəli Yıldırım, İngiltərənin BBC telekanalına özəl müsahibə verib. Müsahibə zamanı bir çox fərqli mövzulara toxunulub.


Britaniyalı jurnalist Lyusi Hokinqs baş nazirə daha çox 15 iyul çevrilişi ilə bağlı suallar verib. Həmin hadisədən 16 ay keçsə də, Türkiyədə fövqəladə vəziyyət rejiminin, mütəmadi həbslərin davam etdiyini xatırladıb. BBC təmsilçisi İngiltərədə insan haqlarına zidd qanunlar çıxarılmadığını da deyib.

Türkiyənin hökumət başçısı Binəli Yıldırımın cavabı maraqlı olub: "Bəs sizdə bu cür çevriliş hadisəsi olsaydı, nə deyərdiniz? Əgər Britaniya krallığının Londondakı sarayı (Buckingham Palace) bombalansaydı, belə düşünərdiniz?".

"FETÖ üzvlərinin həbsinə görə bizi günahlandıranlar 15 iyuldakı qətliamı da görməlidirlər. Parlamentimiz bombalandı, 250 nəfər günahsız insanımız şəhid oldu, 2194 vətəndaşımız yaralandı. Biz bu cinayəti törədənləri tapmalıyıq. Heç kəsi günahsız yerə, sübut olmadan həbs eləmirik. Türkiyə hüququn ali olduğu dövlətlərdəndir".

Jurnalistin, "Çevrilişdə Amerikanın izi olduğuna inanırsız?" sualına Yıldırım "Şübhəsiz" cavabını verib.

Reaksiya.az

Şərhlər