Yaponiya BMT-nin nümayəndəsinin Şimali Koreyanı öz siyasətini dəyişməyə çağıracağına ümid edir

05.12.2017 21:25     Dünyadan reaksiya     1409

Yaponiya hökuməti ümid edir ki, Şimali Koreyada səfərdə olan BMT-nin yüksək səviyyəli rəsmisi Yaponiyanın Pxenyanın siyasətini dəyişmək barədə arzusunu bu ölkənin rəhbərliyinə çatdıracaq.

Dekabrın 5-də Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, Yaponiya hökuməti Şimali Koreya problemi ilə bağlı ABŞ ilə sıx əlaqə saxlayır. Y.Suqa bildirib ki, həmin gün Şimali Koreyaya səfəri başlayan BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bu ölkəyə Yaponiyanın siyasətini əks etdirən mövqeyini çatdıracaq. O bəyan edib ki, Yaponiya, ABŞ və Cənubi Koreya C.Feltmanın səfərindən asılı olmayaraq Pxenyana münasibətdə siyasətlərini dəyişməyəcəklər.

Baş katibin sözlərinə görə, dialoq naminə dialoq aparmağın heç bir mənası yoxdur. Y.Suqa qeyd edib ki, Yaponiya bütün beynəlxalq ictimaiyyətlə Şimali Koreyaya maksimum təzyiq göstərərək onun siyasətini dəyişmək istiqamətində birgə işə sadiqdir.

www.reaksiya.az/">Reaksiya.az

Şərhlər