Fələstin ABŞ-ın təklifini rədd etdi: Görüşməyəcəyik

08.12.2017 12:06     Dünyadan reaksiya     1442

Fələstin rəhbərliyi ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən imtina edib

Bunu Fələstinin hakim FƏTH hərəkatının rəsmi nümayəndəsi Cebrilya Racuba söyləyib.

“Biz ABŞ vitse-prezidentini qəbul etməyəcəyik. Bu, Qüdsün İsrailin paytaxtı olaraq tanınmasına verilən cavabdır”, – deyə o bildirib.

“Frans Press” agentliyi isə artıq Vaşinqtonun bu açıqlama ilə bağlı Fələstinə xəbərdarlıq göndərdiyi haqqında məlumat yayıb. ABŞ Fələstinin bu addımının qəbuledilməz olduğunu söyləyib.

Qeyd edək ki, dekabrın 18-də ABŞ-ın vitse-prezidenti Mayk Pens İsrail və Fələstinə səfər edəcək. Onun İsrail parlamentində çıxış edəcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar