Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı

08.12.2017 12:37     Dünyadan reaksiya     1757

Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib

ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib.

Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi:

“Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir”.

Yerli KİV-lər yazıb ki, Tramp çıxışında xüsusilə “s” səslərini olduqca pis tələffüz edib. Tvitter izləyicilərisə bunu iflic və ya nakotik maddə qəbulunun təsirindən ola biləcəyi fikirlərini müzakirə ediblər.

Yayılan söz-söhbətlərə aydınlıq gətirmək məqsədilə, Ağ Evin sözçüsü Sarah Hakabe mətbuat konfransı keçirərək prezidentin heç bir sağlamlıq probleminin olmadığını deyib:

“Bu barədə çox suallar ünvanlanır. Absurd müzakirələrə son verilsin. Prezident Trampın çıxışı zamanı sadəcə boğazı quruduğu üçün tələffüzündə ləngimələr olub. Burda başqa səbəb axtarılmasın”.

S.Hakabe onu da bildirib ki, Tramp 2018-ci ilin əvvəlində tam həkim müayinəsindən keçəcək və nəticələr həkimlər tərəfindən mətbuata elan ediləcək.

 

www.reaksiya.az/" style="margin: 0px; padding: 0px; border: 0px; vertical-align: baseline; color: rgb(20, 35, 58);" target="_blank">Reaksiya.az

 

Şərhlər