Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ

Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ
Tarix: 14.12.2017 11:49
Oxunma sayı: 727
Paylaş:

Ukraynanın energetika şirkətlərinə yeni kiberhücumlar hazırlanır.

Bu haqda “Dragos” şirkətinin rəhbəri Robert Liyə istinadən ABŞ-ın “The Atlantic” nəşri yazıb.

Daha əvvəlki iki kibethücumla bağlı tədqiqat aparan şirkət rəhbərinin sözlərinə görə, son həftələrdə yüksək fəallıq müşahidə olunur.

“Bizim qiymətləndirmələrimizə görə, kiberhücumun bu ay həyata keçirilməsi tamamilə məntiqli olardı”, o xəbərdarlıq edib.

Xatırladaq ki, son olaraq bu il iyunun 27-də Ukraynaya qarşı genişmiqyaslı kiberhücum təşkil edilib. Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var idi.

Maraqlıdır ki, kiberhücum bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində törədilən partlayışla üst-üstə düşüb. Solomensk rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşın partladılması nəticəsində sürücü - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval öldürülüb.

Tədqiqatçılar Ukraynaya kiberhücumları hökumətlə əməkdaşlıq edən Rusiya hakerləri ilə əlaqələndirirlər. Lakin Kreml hücumlarla əlaqəsini inkar edir.(publika)

Reaksiya.az

Şərhlər