Yaponiyanın Baş naziri: Danışıqların əhəmiyyətini artırmaq üçün Pxenyan konkret addımlara hazır olmalıdır

Yaponiyanın Baş naziri: Danışıqların əhəmiyyətini artırmaq üçün Pxenyan konkret addımlara hazır olmalıdır
Tarix: 07.01.2018 16:41
Oxunma sayı: 623
Paylaş:

Yaponiyanın Baş naziri Şinzo Abe Şimali Koreya idmançılarının Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştiraka hazır olmasını müsbət qiymətləndirib. Lakin Baş nazir bildirib ki, danışıqların əhəmiyyətini artırmaq üçün Pxenyan konkret addımlara hazır olmalıdır.

 Baş nazir Şinzo Abe bu barədə NHK telekanalında yanvarın 7-də çıxışı zamanı bəyan edib.

Baş nazir deyib: “Şimali Koreya Pxençxan Olimpiya Oyunlarında iştirak məsələsində qarşılıqlı anlaşma nümayiş etdirdi. Olimpiada sülhün təntənəsi deməkdir. Biz belə dəyişikliyi yüksək qiymətləndiririk”.

Bununla yanaşı, Şinzo Abe “dialoq naminə dialoq”un əhəmiyyətsiz olduğunu bildirib.

“Şimali Koreya konkret addımlar ataraq nüvə və raket silahlarını ləğv etməli, bunun yoxlanılması üçün şərait yaratmalıdır. Yalnız bundan sonra dialoqu əhəmiyyətli hesab etmək olar”, - deyə Baş nazir vurğulayıb.

Reaksiya.az

Şərhlər