Vaşinqton silah ixracını genişləndirir

Vaşinqton silah ixracını genişləndirir
Tarix: 09.01.2018 13:52
Oxunma sayı: 770
Paylaş:

ABŞ prezidenti Donald Tramp administrasiyası silah ixracını artıraraq yaxın gələcəkdə “Amerikanınkını al” planının realizəsinə başlamaq niyyətindədir.

Bu barədə “Reuters” agentliyi məlumat yazıb.

Məlumatlı mənbələrdən agentliyə verilən məlumata görə, Tramp bu üsulla özünün seçki kompaniyası zamanı verdiyi sözü – digər dövlətlərlə ticarət defisitinin məhdudlaşdırılması və amerikalılar üçün iş yerlərinin artırılmasını təmin etmək niyyətindədir.

ABŞ liderinin fevralda ixrac şərtlərinin yüngülləşdirilməsi ilə bağlı bütün federal rəhbərliyi razılığa gətirməyi planlaşdırdığı qeyd olunur. O cümlədən xarici ölkələr üçün də ABŞ istehsalı olan silahların alınması qaydaları asanlaşdırılacaq, artıq digər ölkələr qırıcı və PUA-lardan hərbi gəmilər və artilleriyayadək istənilən növ silahı ABŞ-dan rahatlıqla ala biləcəklər. 

Trampın bu addımı atmasının əsas səbəblərindən biri kimi isə Rusiya və Çinin silah bazarında artan rolunun qarşısının alınması göstərilir.

Silah ixracı şərtlərinin ABŞ-ın NATO-dan kənar müttəfiqləri üçün yüngülləşdirilməsi nəticəsində çoxmilyardlı müqavilələrin imzalanacağı və xeyli sayda yeni iş yerinin yaradılması təxmin edilir. 

“Reuters” agentliyinin fikrinə görə, belə müqavilələrin imzalanması ilk növbədə “Lockheed Martin” və “Boeing” şirkətləri üçün sərfəli olacaq.

Reaksiya.az

Şərhlər