Pentaqona qarşı böyük hücum - “Ölüm terabaytı”

Pentaqona qarşı böyük hücum - “Ölüm terabaytı”
Tarix: 12.01.2018 16:39
Oxunma sayı: 401
Paylaş:

Hakerlər ABŞ-ın hərbi infrastrukturuna hücumların sayını artırırlar.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin Müdafiə İnformasiya Sistemləri İdarəsinin rəhbəri general-leytenant Alan Lin söyləyib.

“Hücum həcmi artır. Bir neçə il əvvəl hücum zamanı trafik 1-2 geqabayta çatırdı. Hazırda Pentaqona hücumun həcmi 600 geqabaytdır. Hakerlər bizim indiyə qədər düşünə bilməyəcəyimiz yeni metodlar kəşf edirlər. İndi olacaq hücumu “ölüm terabaytı” adlandırmaq olar. Bu təhdid bizə doğru yaxınlaşır. Bu, sadəcə zaman məsələsidir”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər