Rusiya Hmeymimə hücum edənləri məhv etdi

Rusiya Hmeymimə hücum edənləri məhv etdi
Tarix: 13.01.2018 15:25
Oxunma sayı: 573
Paylaş:

Rusiya Müdafiə Nazirliyi Suriyada Hmeymim hərbi bazasına hücum edən terrorçuların zərərsizləşdirilməsi ilə bağlı görüntüləri yayıb.

 Əməliyyatda Rusiya hərbi kəşfiyyatının çoxsəviyyəli sisteminin bütün qüvvələri iştirak edib.

Xüsusi əməliyyat qrupları İdlib vilayətinin qərb sərhədi yaxınlığında diversiya dəstəsinin yerini müəyyən edib. Əraziyə dronların davamlı kəşfiyyat uçuşları təşkil edilib. “Krasnopol” haubitsalarının endirdiyi dəqiq zərbələr nəticəsində diversiya qrupu bütünlükdə məhv edilib.

Hücum nəticəsində həmçinin təyyarə tipli zərbə dronlarının hazırlandığı anbar da dağıdılıb.

Qeyd edək ki, 31 dekabr tarixində diversiya qrupları Suriyadakı Hmeymim rus hərbi bazasına minaatanlarla hücum etmişdi.

Reaksiya.az

Şərhlər