Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub

Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub
Tarix: 14.01.2018 14:19
Oxunma sayı: 673
Paylaş:

Şərqi Çin dənizində yanan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub.

Bu barədə İRNA agentliyinə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.

 

Onun sözlərinə görə, heyət üzvləri tankerin Hong Kongun CF CRISTAL gəmisi ilə toqquşmasından sonra ilk saatlarda həlak olub.

“CF CRISTAL-ın heyət üzvləri və Çin xilasedicilərinin təqdim etdiyi məlumatlara əsasən, təəssüf ki,İran tankerinin bütün üzvləri toksik qazların təsiri və güclü partlayış nəticəsində hadisədən sonra keçən ilk saatlarda həlak olub”,-deyə İran rəsmisi bildirib.

O əlavə edib ki, baş vermiş yanğını söndürərək İran dənizçilərini xilas etmək cəhdləri davam edən partlayışlara görə müvəffəqiyətsiz olub.

Reaksiya.az

Şərhlər