Dünya silkələndi: Eyni anda müxtəlif ölkələrdə güclü zəlzələlər oldu

14.01.2018 14:43     Dünyadan reaksiya     1454

Saat 13:18-də Peru sahillərində, 13:19-da Əfqanıstanda güclü zəlzələ olub

Bu gün Bakı vaxtı ilə saat 13:00 radələrində dünyanın müxtəlif yerlərində güclü zəlzələlər qeydə alınıb. Eyni anda dünyanın əkz istiqamətlərində yerləşən Peru və Əfqanıstanda yeraltı təkanlar qeydə alınıb.

Bakı vaxtı ilə saat 13:18-də Peru sahillərində 7.3 bal gücündə zəlzələ olub. Təkanlar Akari yaşayış məntəqəsindən 31 kilometr cənub-qərbdə və Yauka şəhərinin 19 kilometrliyində 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik ölənlər və yaralananlar barədə heç bir məlumat yoxdur.

Cəmi 1 dəqiqə sonra — Bakı vaxtı ilə 13:19-da Əfqanıstanın şimal-şərqindəki Carm yaşayış məntəqəsindən 42 kilometr cənubda 5,3 bal gücündə zəlzələ olub. Zəlzələ 204 kilomtr dərinlikdə olub.


Reaksiya.az
 

Şərhlər

Çox oxunanlar