Kritik Kanada görüşü: - Dünya ikiyə bölünür

15.01.2018 12:02     Dünyadan reaksiya     1899

Kanadanın Vankover şəhərində Şimali Koreya nüvə böhranı ilə bağlı zirvə təşkil ediləcək.

16 yanvar tarixində təşkil ediləcək zirvəyə Kanada ilə yanaşı, ABŞ da ev sahibliyi edəcək.

Toplantılarda Şimali Koreyanın həm regional, həm də beynəlxalq sülhə və təhlükəsizliyə zərbə vuran nüvə, həmçinin, ballistik raket proqramları müzakirə ediləcək.

Zirvə üçün yaradılan intenat saytında toplantılara Avstraliya, Beliçika, Kolumbiya, Danımarka  Yunanıstan, Fransa, Hindistan, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zellandiya, Norveç, Filippin, Cənubi Koreya, İsveç, Tayland və İngiltərənin xarici işlər nazirlərinin qatılacağı qeyd edilib.

Zirvəyə Çin və Rusya nümayəndələrinin qatılmaması diqqət çəkib. Kanadanın “National Post” qəzeti Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanqın toplantı ilə bağlı fikirlərini paylaşıb. Sözçü bu zirvənin xeyirdən çox zərər verəcəyini və beynəlxalq ictimaiyyəti ikiyə böləcəyini deyib.

Xəbərdə Kanadanın Çin və Rusiyanı dəvət etmək istədiyi, lakin ABŞ-ın buna qarşı çıxdığı yazılıb. Digər bir iddiaya görə, Çin və Rusiya Kanadanın təklifi rədd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar