Rusiyada haker xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb

22.01.2018 12:33     Dünyadan reaksiya     1160

Rusiyada haker xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən (YDM) benzin oğurlayıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Bildirilir ki, haker hazırladığı xüsusi kompüter virusu ilə yüz milyonlarla rublluq benzin oğurlayıb. Hakerin hazırladığı bu virus YDM-lərdən benzin dolduran avtomobillərin çəninin tam dolmasına maneə olub və benzinin təxminən 7 faizi oğurlanıb.

Stavropoldakı Denis Zayev adlı haker həmin virusu YDM sahiblərinə təklif edib və oğurlanan benzinə görə komissiya alıb. Bu yolla yüz milyonlarla rubl qeyri-qanuni qazanc əldə edildiyi müəyyən olunub. Saxlanılan haker fırıldaqçılıqda ittiham edilib.

Reakisya.az

Şərhlər

Çox oxunanlar