Rusiya kəşfiyyat gəmisi ABŞ sahillərində

23.01.2018 12:00     Dünyadan reaksiya     1944

Rusiya “Viktor Leonov” kəşfiyyat gəmisi Birləşmiş Ştatların sahilindən 100 mil (bir beynəlxalq dəniz mili 1852 metrə bərabərdir –red.) məsafədə qeydə alınıb.

Bu haqda ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən CNN telekanalı bildirib.

Gəminin hansı istiqamətdə hərəkət etdiyi dəqiq məlum deyil. Amma ötən illərin təcrübəsinə söykənən mənbələrin sözlərinə görə, gəmi ehtimal ki, bu ölkənin şərh sahili boyu hərbi dəniz bazalarının yaxınlığından keçəcək.

Pentaqondan qeyd edirlər ki, müxtəlif yüksəktexnologiyalı avadanlıqlarla təchiz edilmiş Rusiya kəşfiyyat gəmisi Amerika Hərbi-Dəniz Qüvvələrinin “Koul” esminesi və başqa resurslarının köməyi ilə izlənilir.

Qeyd edilir ki, Rusiya kəşfiyyat gəmisi öz missiyasını daimi əsasda yerinə yetirir. Gəmi 2016-cı ilin fevralında Konnektikut ştatının sahilindən 30 mil, martında isə Kinqs-Bey bazasından 20 mil cənubda qeydə alınıb. Bundan başqa, Rusiya gəmisi 2014-2015-ci illərdə də ABŞ-ın sahillərində oxşar kəşfiyyat əməliyyatlarını həyata keçirib.

Reaksiya.az

Şərhlər