Saakaşvili Polşaya deportasiya edilir

11.02.2018 14:50     Dünyadan reaksiya     1345

Sabiq Gürcüstan prezidenti və siyasətçi Mixail SaakaşvilininPolşaya deportasiya barədə qərar qəbul olunub.
Saakaşvili bu barədə "Rustavi-2" telekanalına müsahibəsində bildirib və Ukrayna Miqrasiya Xidmətinin qərar barədə sənədlər paketi imzaladığını deyib. Sabiq prezidenti bildirib ki, nəticədən asılı olmayaraq mübarizəsinə, Ukraynada hakimiyyətin dinc yolla dəyişməsinə çalışacaq.
 
Qeyd edək ki, Saakaşvili hazırda Ukrayna vətəndaşıdır və bu ölkədə hakimiyyət əleyhinə siyasi fəaliyyətlə məşğuldur.

Şərhlər