MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN

MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.

 Levi Türkiyənin Afrin əməliyyatının qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd edib.

“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.

Levi Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsindən narahat olduğunu qeyd edib. Əlavə edib ki, “Bu kədərli oyun çox davam etdi, artıq qarşısı alınmalıdır. Türkiyə bizə əlavə seçim qoymur, bu ölkəyə müdaxilə edilməlidir”.

Türkiyə mediası özünü filosof kimi təqdim edən Bernard Henri Levin əslində MOSSADA işləyən təxribatçı casus olduğunu və əsas fəaliyyət sahəsinin Yaxın Şərq olduğunu yazır.



2017-ci ilin 25 sentyabrında Şimali İraq Kürd Muxtariyyətində keçirilən “müstəqillik referendumu” zamanı baş rolda çıxış edərək, hətta səsverməyə də qatılmışdı.

2011-ci ildə Liviyaya qarşı NATO-nun müdaxiləsində də ön planda yer alıb.

2011-ci il 16 sentyabr: Həmin vaxt Türkiyənin baş naziri olan Ərdoğanın Qəddafinin devrilməsindən sonra Liviyaya səfəri planlaşdırılırdı. Həmin gün Ərdoğanın səfərindən bir neçə saat öncə Fransa prezidenti Sarkozini Trablusa məhz Levi aparmışdı.

2013-cü ilin iyunu: Henri Levi İstanbulda Gəzi hadisələrini idarə edənlərdən biri idi.

2014-cü ilin oktyabrı: Levi PKK-nın nəzarətindəki Kobaniyə səfər etdi. 10 gün Kobanidə qalan yəhudi filosof “Kürdüstan 2 il ərzində qurulacaq”, - açıqlamasını verdi.

Levi indi də Türkiyənin Afrində həyata keçirdiyi anti-terror əməliyyatına qarşı çıxır.(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər