Fidel Castro-nun oğlu “Fidelitonun” ölümü və bölünmüş ailə

13.02.2018 16:03     Dünyadan reaksiya     1639

Kuba ənənələrinə görə, ailənin ilk oğluna ya atası, ya da babasının adı verilir.

Fidel Angel Castro Diaz-Balart 1949-cu ildə doğulan zaman ona hər iki böyüyünün adı qoyulub: o vaxt çox da tanınmayan, amma siyasi cəhətdən iddialı atasının adı Fidel və şərqi Kubada varlı mülkədara çevrilən ispaniyalı immiqrant babası Angel-in adı.

Fidel Angel böyüyərkən insanlar onu "Fidelito" deyə çağırarmışlar.

Fikirləri il dünyanı iki yerə ayıran və Soyuq Müharibənin rəmzinə çevrilən atası 20-ci əsrin ən məşhur simalarından biri olduqdan sonra belə, bu ləqəb onu tərk etmir. Özü isə nüfuzlu nüvə fiziki olur.

Məşhurluğu və şöhrətinə baxmayaraq, 2016-cı ildə ölümünə qədər Fidel Castro ailəsi və şəxsi həyatını son dərəcə gizli saxlayıb.

İnqilaba hazırlığı ərəfəsində Fidel Castro oğlu barədə ilk qərarını verir.

Fidel Ángel Castro Díaz-Balart (C), holds a Cuban national flag as he looks at the urn with the ashes of his father, at the Parque Cespedes in Santiago de Cuba, on December 2, 2016.

Fidelito-nun anası Mirta Diaz-Balart-dan artıq boşanan, Meksikada sürgündə olan və buradan Havanadakı Batista diktatorluğunu devirməyə hazırlaşan Fidel, oğlunun yanına gətirilməsini təşkil edir.

Özü üçün mühüm saydığı məsələlərdə barışmaz mövqe sərgiləyən Fidel, oğlunu anasının yanına göndərməkdən imtina edir.

Çətin örnək

Bu, Fidel Castro-nun ailəsi barədə verdiyi sonuncu bənzəri qərar deyildi. O, oğlunun anası ilə İspaniya və ya ABŞ-da yaşamasına göz yuma bilməzdi və ona görə də Sovet İttifaqında təhsili alacağından əmin olmalı idi.

Həyatının ən güclü dövründə belə Fidel Castro-nun nə dərəcədə mühüm şəxsiyyət olmasını təsəvvür etmək çətindir. Onun oğlu olmaq necə bir hiss olub?

Cümə günü həyatını itirən Fidelito-nun həyatı, super-ulduz aktyor və ya musiqiçi övladlarının həyatı ilə müqayisə edilir. Amma reallıq başqadır, çünki Kuba üçün Fidel hər şey hesab olunurdu.

İnsanların səhərlər radioda eşitdiyi ilk səs adətən onun səsi olurdu. Eləcə də axşam son səs.

Onu Kuba həyatının bütün hissələrində görmək mümkün idi - siyasi, iqtisadi və mədəni - və bəziləri onu peyğəmbər, bəziləri isə Allah kimi qəbul edirdi.

Cuban leader Fidel Castro (left) with his son, nuclear physicist Fidel Castro Diaz-Balart, in February 2002 during the Havana Book Fair opening

Heç kim Fidelito-dan atasının yerini dolduracağını gözləməsə də, müqayisə obyekti kimi yaşamaq yəqin ki çətin olub.

Uğurlu nüvə fiziki olduqdan sonra da o, üzərindən Fidel-in kölgəsini ata bilməyib.

Hətta bir dəfə atası onu adanın nüvə proqramı rəhbəri vəzifəsindən kənarlaşdırır və səbəbini "bacarıqsızlıq" kimi göstərir. Heç şübhəsiz ki, Fidel üçün inqilab, baltanın iti ucunu ailəsinə tərəf çevirəcək qədər vacib olub.

Bölünmüş ailə

Ailənin digər üzvləri arasındakı əlaqələr də var idi axı. Castro Diaz Balart-ın ailəsi qədər ideoloji cəhətdən ayrı olan ailə yoxdur bəlkə də.

Valideynləri ayrıldıqdan sonra, Fidelito-nun anası Mirta İspaniyaya köçür. Anasının qardaşı Rafael Diaz-Balart Batista hökumətində siyasətçi olduğuna görə Fidel Castronun onu görməyə gözü olmayıb.

Hazırda Rafaelin oğlanları Lincoln və Mario Diaz-Balartl-ar ABŞ-da Florida üzrə millət vəkilləridir və Kubadakı anti-Castro hərəkatını qətiyyətlə təmsil edirlər.

Cuban-American member of the US House of Representatives Lincoln Diaz-Balart (Right) speaks during a press conference at Miami's International Airport after he and his brother Rep. Mario Diaz-Balart (Left) returned from Washington, DC on 2 August 2006.

Onlar Fidelito-nun dayısı oğlanları olsalar da, ictimai şəkildə başsağlığı verməyiblər.

Castro qəbiləsinin mürəkkəb münasibəti haradasa Kennedy-lərin ailəsini xatırladır.

Tabu mövzusu

Gənc yaşlardan boyunlarına düşən təzyiq və məsuliyyətlər və demək olar ki, eyni ailə müsibəti yaşayan ailələrin böyük oğulları Fidelito və kiçik John Kennedy-in birgə rum içib, siqar çəkmək şansı olsaydı, heç şübhəsiz danışmağa ortaq mövzuları çox olardı.

Uzun müddət SSRİ-də təhsil aldıqdan sonra, Fidelito bacarıqlı bir kişi kimi böyüyür və ingilis, rus, fransız və ispan dillərində sərbəst danışır.

O, sahəsi üzrə ən güclü alimlərdən biri hesab olunur. Dəhşətli ölümü ilə - klinik depressiya üçün müalicələrinin ardından özünə qəsd etməsi - dünya şöhrətli atasının ölümünü ayıran vaxt isə bir ildən bir az artıq oldu.

İntihar Kubada hələ də tabu sayılır. Bir zamanlar "əks-inqilabi" addım kimi qiymətləndirilən sui-qəsd, adada əslində tez-tez baş verir.

Bəlkə də Fidelito Castro xatirələrdə, qismətinə düşən adın çəkisinə görə yox, öz gücünə yüksəlməyə can atan çalışqan biri kimi qalacaq.(bbc)

Reaksiya.az

Şərhlər