BMT-nin Baş Katibi Antonio Quterreş video müraciət edib

13.02.2018 16:26     Dünyadan reaksiya     1802

 

BMT-nin Baş Katibi Antonio Quterreş video müraciət edib


Ümumdünya Radio Günü ilə əlaqədar BMT-nin Baş Katibi Antonio Quterreş video müraciət edib. Reaksiya.az -ın xəbərinə görə,
BMT Baş Katibinin Ümumdünya Radio Günü ilə əlaqədar müraciətində deyilir: "Radio dünyada ən geniş auditoriyaya malikdir. Kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır. O icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir. Bu il, Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxt, biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük. Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək".
https://www.youtube.com/watch?v=dTJ_3Mm-3IE&feature=youtu.be.

Gülnaz Qənbərli

Reaksiya.az



Şərhlər